Yuxarı

Rusiya turistləri ötən il Britaniyada 28 faiz az pul xərcləyiblər

Bu, ilk növbədə Rusiya rublunun iflası ilə bağlı olub

BAKI. 20 yanvar. REPORT.AZ/ Rusiyadan olan turistlərin Britaniyanın otel və mağazalarında xərclədiyi pul ötən il 28 faiz azalıb.

"Report" Azadlıq Radiosuna istinadən xəbər verir ki, Global Blue firmasının hesablamalarına görə, bu, ilk növbədə Rusiya rublunun iflası ilə bağlı olub.

Rusiya milli valyutasının yarıbayarı ucuzlaşması xarici səfərləri Rusiya vətəndaşları üçün daha bahalı edib.

Rusların yerini qismən Honq-konqlular tutublar. Onlar ötən il Britaniyada 9 faiz çox pul xərcləyiblər.

Rus turistlər Britaniyaya gələn qeyri-Avropa İttifaqı ölkələrinin ilk beşliyinə daxil idilər, lakin indi heç ilk onluğa da düşə bilməyiblər.

Britaniyada xərcklənın bütün pulların 80 faizinin qeydiyyatı vergidən azad ticarət sistemini nizamlayan Global Blue firmasından keçir.

Bu firma qeyri-Avropa ölkələrindən gələn turistlərin aldığı 30 funtdan baha bütün mal və xidmətlərin dəyərinin 20 faizini yenidən onlara qaytarır.

Britaniyada xəərclənən pullarını ötən il 20 faiz artırmış Çinin vətəndaşlarını Dumanlı Albiona cəlb edən də əsasən budur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi