Yuxarı

Rəcəb Tayyib Ərdoğanın beşinci nəvəsi dünyaya gəlib

Nəvəsi doğulan Türkiyə prezidenti bəzi rəsmi proqramlarını təxirə salıb

Bakı. 11 dekabr. REPORT.AZ/ Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın beşinci nəvəsi dünyaya gəlib.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Dünyaya gələn körpə R.T.Ərdoğanın qızı Esranın 3-cü övladıdır. Esra-Berat Albayrak cütlüyünün Ahmet Akif və Mahinur adlı iki övladları var. Cütlüyün üçüncü övladı oğlandır.

Berat Albayrak Türkiyənin energetika və təbii ehtiyatlar naziridir.

R.T.Ərdoğanın oğlu Bilal və xanımı Reyyanın isə Ömər Tayyib (9 yaşında) və Ali Tahir (2 yaşında) adlarında iki oğulları var.

Məlumata görə, nəvəsi dünyaya gələn Türkiyə prezidenti bəzi rəsmi proqramlarını təxirə salıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi