Qadınlara gigiyenik vasitələr pulsuz veriləcək

Qadınlara gigiyenik vasitələr pulsuz veriləcək Şotlandiya parlamenti qadınlara gigiyenik vasitələrin pulsuz verilməsi haqqında qanun qəbul edib.
Maraqlı
26 Fevral , 2020 18:44
Qadınlara gigiyenik vasitələr pulsuz veriləcək
google.az

Şotlandiya parlamenti qadınlara gigiyenik vasitələrin pulsuz verilməsi haqqında qanun qəbul edib.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, sənədə əsasən, pulsuz tampon və bezlər aptek, icma mərkəzləri və gənclər klublarında pulsuz paylanılacaq.

Təşəbbüs ölkəyə illik 24,1 mln. funt sterlinqə başa gələcək.

“Niyə 2020-ci ildə tualet kağızlarından istifadə vacibdir, ancaq bezlər yox? Təbii bədən funksiyalarına görə insanları maliyyə cəhətdən cəzalandırmaq ədalətsizlikdir”, - qanun layihəsinin həmmüəllifi Alison Conston açıqlayıb.

Qeyd edək ki, 2018-ci ildə Şotlandiya məktəbli və tələbə qızları pulsuz gigiyenik vasitələrlə təmin edən ilk ölkə olub.

Son xəbərlər

Orphus sistemi