Portuqaliyalı idmançı ölümündən 3 ay sonra uşaq dünyaya gətirib

Portuqaliyalı idmançı ölümündən 3 ay sonra uşaq dünyaya gətirib Portuqaliyalı qadın kanoeçi Katarina Sekveyra ölümündən 3 ay sonra uşaq dünyaya gətirib.
Maraqlı
31 Mart , 2019 16:02
Portuqaliyalı idmançı ölümündən 3 ay sonra uşaq dünyaya gətirib

Portuqaliyalı qadın kanoeçi Katarina Sekveyra ölümündən 3 ay sonra uşaq dünyaya gətirib.

"Report"un BBC-yə istinadən verdiyi məlumata görə, Sekveyra kəskin astma ilə əlaqədar 2018-ci il dekabrın 26-da xəstəxanaya düşüb. Həkimlər ona beyin ölümü diaqnozu qoyublar. 26 yaşlı idmançı həmin vaxt hamiləliyinin 19-cu həftəsində olub. Kanoeçinin bədəni uşağı doğulanadək 3 ay ərzində süni aparata qoşulub. Uşağın ana bətnində saxlanılması qərarı həkimlərin ailəsi ilə müzakirələri zamanı qərara alınıb.

Körpəyə Salvador adı qoyulub. Hazırda uşaq tam sağlamdır və özünü yaxşı hiss edir. Doğuşdan dərhal sonra idmançını süni həyatvermə aparatından ayırıblar.

Son xəbərlər

Orphus sistemi