Yuxarı

Polşada sərxoş kişi şəhər küçələrində tank idarə edib - FOTO - VİDEO

​Polşada sərxoş kişi şəhər küçələrində tank idarə edib

Polşada sərxoş kişi şəhər küçələrində T-55 tankını idarə edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hadisə Paençno şəhərinin mərkəzində qeydə alınıb.

Məlumata görə, polis əməkdaşları şəhərdə tankın hərəkət etməsi barədə məlumat alıblar. Əraziyə gəlmiş patrul əməkdaşları sovet tankını və iki nəfəri aşkarlayıblar.

Qeyd edilir ki, tankda aşkarlanmış şəxslərin hər ikisi, o cümlədən onu idarə etmiş 49 yaşlı kişi sərxoş olub.

Hərbi texnikanı əvvəlcə qoşquya qoşublar. Qoşqu sıradan çıxdıqdan sonra hərbi maşının sahibi tankla şəhərin küçələrində gəzməyə qərar verib. O, bu zaman tanka bir nəfəri də mindirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi