Yuxarı
    Bağlamaq

    Pikassonun 25 milyon avroluq rəsm əsərini qanunsuz çıxarmağa cəhd göstəriblər

    Rəsm əsəri Korsika adasında Fransa gömrükçüləri tərəfindən İsveçrəyə aparılarkən aşkar edilib

    Bakı. 4 avqust. REPORT.AZ/ Fransa gömrükçüləri Pablo Pikassonun dəyəri 25 mln. avro olan "Gənc qadının başı" ("Tete de jeune fille") rəsmini aşkar edərək götürüb. Həmin əsəri qadağalara baxmayaraq, İsveçrəyə aparmağa cəhd ediblər. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. 

    Gömrük işçiləri rəsm əsərini Korsika adasında gəmidə aşkar ediblər. Dəyərli əsər 79 yaşlı məşhur ispan bankiri Ceymi Botenə məxsusdur. Boten həmçinin rəsm əsərini daşıyan gəminin məxsus olduğu şirkətin səhmdarıdır. Bankirin özü gəmidə olmayıb. 

    Gəminin kapitanı yalnız bir sənəd - rəsmin qiymətləndirilmə protokolunu təqdim edib. Protokolda həmçinin deyilir ki, rəssamın bu əsəri ölkənin mədəni dəyəri kimi tanınıb və İspaniya ərazisini tərk edə bilməz. 

    Qeyd edək ki, 2012-ci ildə rəsmin sahibi öz kolleksiyasının qiymətli eksponatını Böyük Britaniyaya aparmaq üçün icazə almağa cəhd edib, lakin onun xahişi İspaniya Mədəniyyət Nazirliyi tərəfindən təsdiq olunmayıb. 

    Hazırda Fransa hökuməti öz ispan həmkarlarından şəklin qaytarılması barəsində sorğu gözləyir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi