Parisdə şirniyyatçı müştərisini güllə ilə vuraraq qaçıb

Parisdə şirniyyatçı müştərisini güllə ilə vuraraq qaçıb Polis həmin şəxsi evlərinin yanında yaxalayıb
Maraqlı
8 Avqust , 2017 22:15
Parisdə şirniyyatçı müştərisini güllə ilə vuraraq qaçıb

Bakı. 8 avqust. REPORT.AZ/ Parisdə şirniyyat mağazalarından birində satıcı müştərini güllə ilə vuraraq qaçıb.

"Report" xəbər verir ki, hadisə Parisin 12-ci dairəsində baş verib. Mağaza sahibi müştərini "asosial" adlandıraraq güllələyib. Onu çiynindən yaraladıqdan sonra skuterə minərək hadisə yerindən uzaqlaşıb.

Polis həmin şəxsi evlərinin yanında yaxalayıb. O günahını etiraf edərək hövsələdən çıxdığını deyib. Bununla belə müştərinin "asosial" olduğu üçün onu əsəbləşdirdiyini bildirib. 

Son xəbərlər

Orphus sistemi