Osmanlı sultanının nəvəsinin sümükləri 200 avroya görə qəbiristanlıqdan çıxarılıb

Osmanlı sultanının nəvəsinin sümükləri 200 avroya görə qəbiristanlıqdan çıxarılıb 9 dildə sərbəst danışan Orxan Əfəndinin son iş yeri qəbiristanlıqda gözətçilik olub
Maraqlı
9 Dekabr , 2014 16:05
Osmanlı sultanının nəvəsinin sümükləri 200 avroya görə qəbiristanlıqdan çıxarılıb
Bakı. 9 dekabr. REPORT.AZ/ 200 avro illik qəbir haqqı ödənilmədiyindən Osmanlı sultanı II Əbdülhəmid xanın nəvəsi Mehmet Orxan Əfəndinin sümükləri Nis bələdiyyəsinin qərarı ilə qəbiristanlıqdan çıxarılıb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bələdiyyə sultan nəvəsinin sümüklərini ümumi məzarlıqda basdırıb.

II Əbdülhəmidin 5-ci törəməsi Nilhan Osmanoğlu deyib ki, şahzadə Mehmet Orxan Əfəndi II Əbdülhəmidin nəvəsi, Sultan Əbdülqadir xanın oğludur. O, hadisədən bir neçə gün əvvəl xəbərdar olduğunu, Orxan Əfəndinin sürgündəki həyatı boyu çətinliklərə dözdüyünü deyib: "Osmanlı ailəsi olaraq, baş verənlərdən çox üzüldük. Məsəslə ilə bağlı hökumətə müraciət edəcəyik. Orxan Əfəndinin son iş yeri qəbiristanlıqda gözətçilik olub".

Orxan Əfəndi 1909-cu il oktyabrın 10-da Türkiyədə - Üsküdarda anadan olub. Qalatasaray liseyini bitirdikdən sonra təhsilini hərbi məktəbdə davam etdirib. 15 yaşında ailəsi ilə birlikdə Türkiyədən sürgün edilib. II Dünya müharibəsində Albaniya kralı Əhməd Zogun yavəri olub. Bu ölkənin Hərbi Hava Qüvvələrində kapitan rütbəsində pilot kimi xidmət edib.

Mehmet Osmanoğlu ingilis, alman, fransız, italyan, ispan, macar, ərəb, portuqal və türk dillərini mükəmməl bilirmiş. Amerikanın Parisdəki qəbiristanlığında çalışan Osmanoğlu rəhbərlikdən təqaüdə çıxıb. 1994-cü il martın 12-də Fransanın Nis şəhərində dünyasını dəyişib.



Son xəbərlər

Orphus sistemi