Nyu-Yorkda dəyəri 10 milyon dollar olan brilyant oğurlanıb

Nyu-Yorkda dəyəri 10 milyon dollar olan brilyant oğurlanıb Dükan sahibi Conatan Bernbaum qiymətli əşyaların olduğu seyfi açıq saxlayıb
Maraqlı
12 Dekabr , 2015 11:10
Nyu-Yorkda dəyəri 10 milyon dollar olan brilyant oğurlanıb

Bakı. 12 dekabr. REPORT.AZ/ Amerikalı zərgər Nyu-Yorkdakı mağazasından brilyant oğurlanması barədə polisə məlumat verib. "Report" "RİA Novosti"yə istinadən xəbər ki, zinət əşyalarının dəyəri 5 milyondan 10 milyon dollara qədər olub.

Polisin məlumatına görə, dükan sahibi Conatan Bernbaum qiymətli əşyaların olduğu seyfi açıq saxlayıb. Oğurluq hadisəsi noyabrın 24-dən sonra baş verib, amma zərgər yalnız dekabrın 10-da polisə müraciət edib.

Polis istintaq araşdırması çərçivəsində mağaza işçiləri ilə sorğu-sual aparır.

Son xəbərlər

Orphus sistemi