Yuxarı

Nəsli tükənən siçan üçün qoruma planı hazırlanıb - FOTO

Dünyada yalnız 24 yerdə özünə məskən salan gəmirici yuvalarının 11-i Türkiyədədir

Bakı. 3 oktyabr. REPORT.AZ/ Dünyada yalnız 24 yerdə özünə məskən salan və nəsli tükənmək təhlükəsilə qarşı-qarşıya qalan ağac siçanları üçün xüsusi qoruma planı hazırlanıb. "Report" xarici mətbuata istinadən xəbər verir ki, hazırlanan planda gəmiricinin insanlara tanıdılması və onun çoxalması üçün lazımi şəraitin yaradılması əsas hədəf kimi götürülüb.

Dünyada yalnız 24 yerdə özünə məskən salan gəmirici yuvalarının 11-i Türkiyənin qərbindəki Trakya bölgəsindədir.

Siçanların yuva saldıqları ağaclıq sahələr insanlar tərəfindən məhv edildiyindən, gəmiricilərin nəsli tükənmək üzrədir. Buna görə də təqdiqatçılar mövcud təhlükənin qarşısını almaq üçün xüsusi plan hazırlayıblar.

Xatırladaq ki, qoz, tut, badam ağaclarında yuva quran siçanlar ancaq ağacda yatırlar.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi