Naməlum şəxs Nyu-Yorkda inkassator furqonundan 1,6 milyon dollarlıq qızılı oğurlayıb - VİDEO

Naməlum şəxs Nyu-Yorkda inkassator furqonundan 1,6 milyon dollarlıq qızılı oğurlayıb - VİDEO Asayiş keşikçiləri şübhəli şəxs barəsində axtarış elan ediblər
Maraqlı
30 Noyabr , 2016 23:25
Naməlum şəxs Nyu-Yorkda inkassator furqonundan 1,6 milyon dollarlıq qızılı oğurlayıb - VİDEO

Bakı. 30 noyabr. REPORT.AZ/ Naməlum şəxs Nyu-Yorkdakı inkassator furqonundan içində 1,6 milyon dollar dəyərində qızıl olan qabı oğurlayıb.

"Report"un məlumatına görə, bu barədə "CNN" xəbər verib.

Şəhərin polis departamenti tərəfindən yayılmış videogörüntüdə yaşlı kişinin furqonun yanından keçdiyi əks etdirilib. Birdən onun diqqətini maşındakı qızıl cəlb edir və naməlum şəxs onu aparır.

Asayiş keşikçiləri şübhəli şəxs barəsində axtarış elan ediblər. Onlar bildiriblər ki, bu, 50-60 yaşlı, Latın Amerikalı mənşəli şəxsdir.

Son xəbərlər

Orphus sistemi