Yuxarı
    Bağlamaq

    Mixail Saakaşvilinin avtomobili qaçırılıb

    Avtomaşının kriminal avtoritet Serqo Qlontinin əlaltıları tərəfindən qaçırıldığı güman edilir

    Bakı. 7 iyul. REPORT.AZ/ Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin "Toyota Land Cruiser" avtomobili paytaxt Kiyev şəhərində naməlum şəxslər tərəfindən qaçırılıb. "Report" xəbər verir ki, bu barədə "Strana.ua" Baş Prokurorluqdakı mənbəyə istinadən məlumat yayıb.

    Nəşrin məlumatına görə, avtomobilin dəyəri təxminən altı milyon qrivnadır (15,5 milyon rubl). Onun kriminal avtoritet Serqo Qlontinin əlaltıları tərəfindən qaçırıldığı güman edilir. "Strana.ua"nın iddiasına görə, avtomobil sahibinə əvvəllər Ukraynada saxlanılan şəxsin Macarıstana ekstradisiya edilməyəcəyi, həbsdən buraxılacağı təqdirdə qaytarılacaq.

    "Strana.ua" həmçinin Saakaşvilinin adətən ictimai tədbirlərə ucuz avtomobillə gəldiyini yazıb.

    Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ötən il mayın sonunda Odessa vilayətinə rəhbər təyin edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi