Yuxarı

​Misirdə bir milyondan artıq mumiya tapılıb

Alimlər səhranın isti iqlimində kifayət qədər yaxşı qalan 1700-dən çox mumiyanı artıq çıxardıblar

Bakı. 19 dekabr. REPORT.AZ/ Misirin mərkəzində bir milyondan çox mumiyalanmış insan cəsədinin olduğu qəbristanlıq aşkar edilib.

"Report" xəbər verir ki, ABŞ-ın Birqam Yanq Universitetinin alimləri Qahirənin təqribən 96 km cənubunda yerləşən Misirin Fəyum regionundakı quru səhranın isti iqlimində kifayət qədər yaxşı qalan 1700-dən çox mumiyanı artıq çıxardıblar.

Lakin arxeoloqlar hesab edirlər ki, bu böyük qəbristanlıqdakı cəsədlərin sayı milyona çata bilər. Onların hamısı 22,9 metrə qədər dərinlikdə əhəngdaşında oyulmuş bənzər qəbirlərdə dəfn olunub.

Ekspertlər hesab edirlər ki, mumiyalar 1500 il əvvəl, eramızın I və VII əsrlərində - Misir Roma və Bizans imperiyalarının tərkibində olan zaman basdırılıblar. Onlar Misirdə aşkar olunan bir çox məşhur mumiyalanmış insan qalıqlarından fərqli olaraq firon və mühüm dövlət xadimlərinə deyil, sadə insanlara məxsus cəsədlərdir. Cəsədlərin tabutsuz və daxili orqanları çıxarılmadan dəfn olunması bunu deməyə əsas verir.

Arxeoloqlar burada, həmçinin boyu 2,13 metr olan bir insan mumiyası da tapıblar. Mumiyalar saçlarının rənglərinə görə qruplaşdırılıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi