Yuxarı

Meksikada insanlarla üzən dünyanın ən böyük köpəkbalığı lentə alınıb - VİDEO

Meksikada insanlarla üzən dünyanın ən böyük köpəkbalığı lentə alınıb - VİDEO
Operator Tarsitsio Sanüdo Suares görüntüləri dronun köməkliyi ilə əldə edib

Bakı. 13 aprel. REPORT.AZ/ Meksikanın Cənubi Kaliforniya ştatı sahillərində turistlər insanlarla üzən dünyanın ən böyük köpəkbalığını lentə almağa müvəffəq olublar.

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, videoyazının müəllifi olan 36 yaşlı operator Tarsitsio Sanüdo Suares görüntüləri dronun köməkliyi ilə qeydə alıb.

Kadrlarda köpəkbalığının yanında üzən 3 nəfər sezilir. Sonradan onlara daha bir nəfər qoşulur. Üzənlərdən biri hətta dəniz nəhənginin quyruğuna da toxunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi