Məkkəyə gözlənilmədən yağış yağıb

Məkkəyə gözlənilmədən yağış yağıb Yay mövsümündə yağış yağması Məkkə üçün qeyri-adi hal sayılır
Maraqlı
11 Sentyabr , 2015 12:06
Məkkəyə gözlənilmədən yağış yağıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Məkkə şəhərinə şam namazından sonra gözlənilmədən yağış yağıb.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Xəbərə görə, həmin vaxt Məkkədə havanın temperaturu 30 dərəcədən artıq olub. Şam namazından sonra yağan yaşış 10 dəqiqə davam edib. Yağışdan sonra havanın temperaturu 29 dərəcəyə düşüb.

Yay mövsümündə yağış yağması Məkkə üçün qeyri-adi hal sayılır.

Son xəbərlər

Orphus sistemi