Maykl Ceksonun qızı uğursuz intihara cəhddən sonra xəstəxanaya yerləşdirilib

Maykl Ceksonun qızı uğursuz intihara cəhddən sonra xəstəxanaya yerləşdirilib Pop-musiqisinin kralı hesab edilən mərhum Maykl Ceksonun qızı Peris Cekson intihara cəhd edib.
Maraqlı
17 Mart , 2019 01:25
Maykl Ceksonun qızı uğursuz intihara cəhddən sonra xəstəxanaya yerləşdirilib

Pop-musiqisinin kralı hesab edilən mərhum Maykl Ceksonun qızı Peris Cekson intihara cəhd edib.

"Report" xəbər verir ki, bu barədə TASS TMZ nəşrinə istinadən xəbər verib.

Bildirilir ki, o, intihara cəhddən sonra xəstəxanaya yerləşdirilib.

Nəşrin mənbələrinin sözlərinə görə, polis və təcili yardımın əməkdaşları səhər Peris Ceksonun Los-Ancelesdəki (Kaliforniya ştatı) evinə gəliblər. Hazırda o, xəstəxanadadır. 

Həkimlər yaralının vəziyyətini sabit kimi qiymətləndirir.

Daha əvvəl pop-musiqisinin kralı hesab edilən mərhum Maykl Ceksonun ailəsi NBO telekanalına qarşı 100 milyon dollarlıq iddia qaldırıb.

Son xəbərlər

Orphus sistemi