Maykl Ceksonun əlcəyi hərracda 65 min dollara satılıb

Maykl Ceksonun əlcəyi hərracda 65 min dollara satılıb Əfsanəvi ifaçı 30 il əvvəl bu əlcəyi Pol Bedard adında rəssama hədiyyə etmişdi
Maraqlı
2 Avqust , 2015 01:15
Maykl Ceksonun əlcəyi hərracda 65 min dollara satılıb

Bakı. 2 avqust. REPORT.AZ/ Məşhur ifaçı Maykl Ceksona məxsus ağ əlcək onlayn hərracda satılıb. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Neyt Sandersin Los-Anceles hərrac evi lotun ilkin qiymətini 20 min dollar səviyyəsində müəyyən etmişdi. Nəticədə əlcək 64,8 min dollara satılıb. Məlumata görə, M.Cekson bu əlcəyi 30 il əvvəl onun üçün sifarişlə rəsm çəkən Pol Bedard adında rəssama hədiyyə etmişdi.

Qeyd edək ki, M.Cekson 1983-cü ildə bir əlcəklə çixış edib.

Xatırladaq ki, M.Cekson 2009-cu il iyunun 25-də Los-Anceles şəhərində ürək tutmasından 50 yaşında vəfat edib. 

Son xəbərlər

Orphus sistemi