Yuxarı
    Bağlamaq

    Mail.ru-nun həmtəsisçisi yadplanetlilərin axtarışına 100 milyon dollar ayıracaq

    Milner bu layihənin ideoloqu kimi fizik Steven Havkingin adını çəkib

    Bakı. 20 iyul. REPORT.AZ/ Mail.ru şirkətlər qrupunun həmtəsisçisi Yuri Milner Yerdən kənar sivilizasiyaların axtarışı layihəsinə 100 milyon dollar yatıracaq, - Vedomosti qəzeti yazır.

    "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Milner deyib ki, onun layihəsinin başlıca məqsədi Yerə kosmosdan daxil ola biləcək mümkün siqnallar barədə informasiyanın toplanması, işlənməsi və yayılmasıdır.

    Milner bu layihənin ideoloqu kimi fizik Steven Havkingin adını çəkib.

    Biznesmen əlavə edib ki, bu layihənin “elmi liderləri” Frank Drake və Jeff Marsidir. Milner deyib ki, onların hər ikisi layihənin əlaqələndiriciləri kimi fəaliyyət göstərməyə artıq razılıqlarını veriblər.

    Cənab Milner layihəni öz şəxsi vəsaiti hesabına maliyyələşdirmək niyyətindədir, çünki onun sözlərinə görə, dövlətlər belə layihələrə pul ayırmaq istəmirlər.

    Milner tədqiqat işinə lazım olacaq teleskopları və kompüter şəbəkələrini icarəyə götürəcək.

    Layihə iştirakçıları daha kiçik siqnallara malik daha çox ulduz və qalaktikanı daha geniş diapazonda araşdırmağı düşünürlər.

    Layihə sayəsində bu sahədə aparılan araşdırma işlərinin miqyasının yüz dəfədən çox artacağı gözlənilir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi