Yuxarı

​Lüksemburqun baş naziri eynicinsli nikaha daxil olub

Ksavye Bettel belçikalı memar ilə münasibətlərini rəsmiləşdirib

Bakı. 15 may. REPORT.AZ/ Lüksemburq hökumətinin başçısı Ksavye Bettel Avropa İttifaqında eynicinsli nikaha daxil olan ilk hökumət lideri olub.

"Report" xəbər verir ki, 42 yaşlı baş nazir 2010-cu ildə tanış olduğu belçikalı memar Qotye Destene ilə münasibətlərini rəsmiləşdirib.

Bu yaxınlara qədər isə onlar vətəndaş nikahında yaşayıblar.

Lüksemburq şəhər meriyasının binasında baş tutan mərasimdə təqribən 100-ə yaxın qonaq, o cümlədən Belçikanın baş naziri Şarl Mişel də iştirak edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi