Yuxarı

​London meri Boris Conson küçədə gecələyib

O bu addımı, evsizlərin problemlərinə diqqət cəlb etmək üçün atıb

Bakı. 12 yanvar. REPORT.AZ/ London meri Boris Conson və Britaniyanın "Evening Standard" nəşriyyatının sahibi Yevgeni Lebedev evsizlərin problemlərinə diqqət cəlb etmək üçün küçədə gecələyib.

"Report" "Independent" qəzetinə istinadən xəbər verir ki, özləri ilə yataq kisələri götürən Conson və Lebedev gecəni Londonun mərkəzindəki küçələrdən birində keçiriblər.

"Biz son iyirmi ildə küçədə qalan veteranların sayının azaldığını nümayiş etdirdik, lakin onlardan nə qədərinin başının üzərində hələ də bir damının olmamasını dərk etmək kədərlidir", – deyə Conson qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi