Lionel Messi formasını bağışladığı əfqan pərəstişkarı ilə görüşüb - FOTO - VİDEO

Lionel Messi formasını bağışladığı əfqan pərəstişkarı ilə görüşüb - FOTO - VİDEO Əfqanıstanın Futbol Federasiyası futbolçuyla onun pərəstişkarının görüşünü təşkil etməyə söz vermişdi
Maraqlı
14 Dekabr , 2016 00:05
Lionel Messi formasını bağışladığı əfqan pərəstişkarı ilə görüşüb - FOTO - VİDEO

Bakı. 14 dekabr. REPORT.AZ/ Əfqanıstanın azyaşlı sakini, üzərinə "Barselona" klubunun və Argentina yığmasının futbolçusu Lionel Messinin adı yazılmış formasına görə internet ulduzu olmuş Mürtəza Əhmədi öz pərəstişkarı ilə görüşüb.

"Report" xəbər verir ki, bu barədə "The Guardian" yazır.

Məlumata görə, 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının təşkilat komitəsi Messiylə onun kiçik azarkeşinin videogörüntülərini yayıb. Görüş əmirliyin paytaxtı Dohada olub. Argentinalı futbolçu bura yerli klubla "Barselonanın" yoldaşlıq matçına gəlib.

Xatırladaq ki, əfqanıstanlı uşağın sellofan paketdən hazırlanmış futbolçu "köynəyi" bu ilin yanvarında internetdə məşhur olub. Həmin vaxt Əfqanıstanın Futbol Federasiyası futbolçuyla onun azyaşlı pərəstişkarının görüşünü təşkil etməyə söz vermişdi. Fevralda isə Messi oğlana avtoqrafı ilə birlikdə Argentina yığmasının əsl formasını göndərdi.

Qeyd edək ki, Messinin öz futbolçu köynəyini hədiyyə etdiyi oğlanın ailəsi uşağın həyatı üçün yaranmış təhlükəyə görə Əfqanıstandan qaçıb.

Son xəbərlər

Orphus sistemi