​Latviya və keçmiş SSRİ-nin məşhur bəstəkarı adını dəyişir

​Latviya və keçmiş SSRİ-nin məşhur bəstəkarı adını dəyişir Raymond Pauls :"Latışlardan çətin tələffüz edilən mürəkkəb soyadları var"
Maraqlı
2 Mart , 2016 19:27
​Latviya və keçmiş SSRİ-nin məşhur bəstəkarı adını dəyişir

Bakı. 2 mart. REPORT.AZ/ Latviyanın və keçmiş SSRİ-nin tanınmış bəstəkarı Raymond Pauls 80 yaşında adını dəyişmək istəyir. "Report" xəbər verir ki, bunu bəstəkar "Baltkom" radiosuna müsahibəsində deyib.

"Mənim iki adım var - Raymond və Oyars. O vaxt valideynlərim bu məsələdə mübahisə ediblər. Sovetlər dövründə iki ada icazə vermirdilər. Ona görə də Raymondu saxlayıblar. Anam deyirdi ki, kənddə hamı buğaya Oyars deyərmiş İndi mən yenidən Oyarsa qayıtmaq istəyirəm. İndi hakim dairədə Raymond adı çoxalıb - prezident (Raymond Veyonis - "Report") müdafiə naziri (Raymond Bergmanis - "Report"). Adımı Oyarsa dəyişirəm. Düzdür, bunun alınacağına əmin deyiləm. İnsanın əsl adını məktəbdə verirlər. Elə çətin adlar var, onu məktəbdə uşaqlar həmən islah edirlər. Məktəbdə mənə Mazais (Körpə) deyərdilər. Adam adının həmişə qısa olmasını istəyir. Latışlarda çətin tələffüz edilən mürəkkəb soyadları var", - deyə R.Pauls vurğulayıb.

Qeyd edək ki, 2016-cı ilin yanvarında Raymond - Oyars Paulsun 80 yaşı tamam olub. 

Son xəbərlər

Orphus sistemi