Yuxarı
    Bağlamaq

    Hindistanda 65 yaşlı qadın ana olub - FOTO

    Bakı. 28 dekabr. REPORT.AZ/ Hindistanda 65 yaşlı qadın ikinci dəfə ana olub.

    Bu barədə "Report" "Daily Mail" qəzetinə istinadən xəbər verir.

    Bildirilir ki, körpənin atasının 80 yaşı var. Beləliklə, qadın dünyaya müstəqil şəkildə körpə gətirən ən yaşlı ana sayılır. Buna qədərki bütün yaşlı qadınlar süni mayalanmanın köməyi ilə doğuş keçiriblər.

    Bundan başqa, qəzet qeyd edir ki, bu doğuş qadın üçün ikinci olub. O, səkkiz il bundan əvvəl də qız uşağı dünyaya gətirib. 

    Doğuşu qəbul edən həkimlər bildiriblər ki, ana və uşaq özlərini yaxşı hiss edir, onlar tam sağlamdırlar və tezliklə xəstəxanadan buraxılacaqlar.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi