Keniya hökuməti polietilen torbalardan istifadəni qadağan edib

Keniya hökuməti polietilen torbalardan istifadəni qadağan edib Polietilen torbaların hazırlanması, satışı, alışı və istifadəsinə görə böyük məbləğdə cərimə və ya həbs cəzası nəzərdə tutulub
Maraqlı
28 Avqust , 2017 10:05
Keniya hökuməti polietilen torbalardan istifadəni qadağan edib

Bakı. 28 avqust. REPORT.AZ/ Keniyada hökumətin polietilen torbalardan istifadəni qadağan edən qanunu qüvvəyə minib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, polietilen torbaların hazırlanması, satışı, alışı və istifadəsinə görə 38 min ABŞ dollarınadək cərimə və ya 4 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Hökumət bu qadağanın ətraf mühitin qorunmasına kömək göstərəcəyini düşünür.

Eyni zamanda, polietilen torba istehsalçıları qadağa ilə əlaqədar təqribən 80 min insanın işsiz qalacağını iddia edirlər.

Məlumata görə, kenyalılar ayda 24 milyon polietilen paketdən istifadə edirlər.

Son xəbərlər

Orphus sistemi