Yuxarı

Kanadada səma dalğıcı möcüzəli şəkildə sağ qalıb

Kanadada səma dalğıcı möcüzəli şəkildə sağ qalıb

Kanadanın Kvebek əyalətinin Trua Rivier (Trois-Rivieres) şəhəri yaxınlığında “Parachutisme Adrenaline” dərnəyinin təşkil etdiyi dalış zamanı adı çəkilməyən 30 yaşlı qadın səma dalğıcının 5 min fut yüksəklikdə paraşütü açılmayıb.

“Report” “Radio Canada”ya (CBC) istinadən xəbər verir ki, ayın 10-da baş vermiş hadisə zamanı 1,5 kilometrdən artıq yüksəklikdən yerə düşən qadın azı 60 km/saat sürətlə meşəlik ərazisindəki ağaclara çırpılaraq budaqlara ilişib. Məhz bunun nəticəsində sağ qaldığı bildirilən qadın, bir neçə onurğa və fəqərə qırığı ilə xəstəxanaya yerləşdirilib.

Polisdən verilən məlumata görə, heyrətamiz şəkildə qurtulan idmançı səma dalışı sahəsində təcrübəyə malikdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi