Yuxarı
    Bağlamaq

    Kaliforniyada siçovul təyyarənin havaya qalxmasına imkan verməyib

    Sərnişinlərə Portlendə digər təyyarə ilə yola düşmək tövsiyə edilib

    Bakı. 3 yanvar. REPORT.AZ/ "Alaska Airlines" aviaşirkətinin uçuşu göyərtədə peydə olunan siçovula görə ləğv edilib.

    "Report" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

    Göyərtəsində 110 sərnişini olan Boeing 737 təyyarəsi Oklenddən (Kaliforniya ştatı – Red.) Portlendə (Oreqon ştatı- Red.) uçuş həyata keçirməli idi. Aviauçuş trap vasitəsi ilə salona daxil olan siçovula görə ləğv edilib. Ekipaj üzvləri gəmiricini tapa bilməyib.

    Aviaşirkət ziyanvericilərin ləğv edilməsi ilə məşğul olan xidmətin əməkdaşlarını çağırıb. Bundan əlavə, təyyarədə zədələrin olub-olmamasını müəyyən etmək məqsədi ilə mütəxəssislər ona baxış keçirəcək. Sərnişinlərə Portlendə digər təyyarə ilə yola düşmək tövsiyə edilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi