Yuxarı

İngiltərə kralının DNT analizi qalmaqala səbəb olub

​Dr. Turi King: Skelet 99,9 faiz III Riçarda aiddir, bu barədə çox tutarlı dəlillərimiz var

Bakı. 5 dekabr. REPORT.AZ/ İngiltərədə XV əsrdə taxtda olan Kral III Riçardın skeletində aparılan DNT analizinin nəticəsi ölkədə kral nəslinin sorğulanmasına və kral ailəsində yaşanmış ola biləcək evlilik xarici əlaqələrin gündəmə gəlməsinə səbəb olub.

"Report"un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Kral III Riçard 1485-ci ildə Bosuort müharibəsində 32 yaşında həlak olub.

Kralın skeleti 2012-ci ilin avqust ayında Lester şəhərində bir dayanacağın altında aparılan arxeoloji qazıntı zamanı tapılıb.

Lester Universiteti tərəfindən edilən və "Nature Communication" adlı jurnalda nəşr olunan genetik və soy ağacı araşdırması, III Riçardın ana tərəfindən həyatda olan qohumları ilə DNT-nin uyğun olduğu, lakin ata tərəfi ilə uyğun gəlmədiyi ortaya çıxıb.

DNT-nin ata tərəfi ilə uyğun gəlməməsinin tək səbəbi kimi kralın anasının sədaqətsiz ola biləcəyi iddia edilir.

Genetika elmi üzrə tədqiqatçı alim Dr.Turi King bildirib ki, skelet 99,9 faiz III Riçarda aiddir, bu barədə çox tutarlı dəlillərimiz var.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi