Yuxarı
    Bağlamaq

    İndoneziyada 29 yaşlı müğənni səhnədə ilan sancması nəticəsində ölüb - FOTO

    İrma Byul ilan vurduqdan sonra tibbi yardım üçün müraciət etmək əvəzinə şounu davam etdirib

    Bakı. 7 aprel. REPORT.AZ/ İndoneziya müğənni İrma Byul səhnədə ilan sancması nəticəsində ölüb.

    "Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, faciə Qərbi Yava əyalətinin Karavange rayonunda baş verib.

    Belə ki, aktrisa səhnədə kobra ilanlarla şou göstərirmiş, təsadüfən kral kobrasının quyruğunu tapdalayıb, bu səbəbdən də ilan onu bud nahiyəsindən sancıb. Lakin aktrisa təqdimatı dayandırmayıb və tibbi yardım üçün müraciət etmək əvəzinə şounu davam etdirib.
    O, həmçinin məşqçisinin təklif etdiyi zəhər əleyhinə olan maddəni içməkdən də imtina edib. 29 yaşlı aktrisanın ilan vurduqdan 45 dəqiqə sonra vəziyyəti pisləşib və həyatını itirib.

    Qeyd edək ki, Kral kobrası dünyanın ən uzun zəhərli ilan növüdür. Bir kral kobrasının zəhəri 20 insanı öldürə biləcək miqdardadır. Kral kobrasının zəhəri əsasən sinir sisteminə təsir edir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi