Yuxarı
    Bağlamaq

    İmişlidə belində quyruğu və iki ürgəci olan buzov doğulub - FOTO

    Qeyri-adi heyvan onu görənlərin marağını cəlb edir
    © Foto: "Report"

    İmişli. 27 mart. REPORT.AZ / İmişli rayonunda qeyri-adi heyvan dünyaya gəlib.

    “Report”un Aran bürosu xəbər verir ki, rayonun Kürdmahmudlu kənd sakini Hacı Hüseynovun təsərrüfatında belində quyruğu olan buzov doğulub. Bir neçə gün əvvəl doğulmuş heyvanın belindəki quyruğu təxminən 20 santimetr uzunluğundadır. 

    Bununla yanaşı, buzovun belində dəvədə olduğu kimi iki ürgəci də var.

    Heyvanın belində quyruğunun və iki ürgəcinin olması onu görənlərin marağına səbəb olub.

    Qeyd edək ki, bu, H.Hüseynovun təsərrüfatında qeydə alınan ikinci qeyri-adi hadisədir. Bir müddət əvvəl onun təsərrüfatında üçbuynuzlu keçi doğulmuşdu.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi