Yuxarı

Honkonqda 4,6 mlrd. dollarlıq və 4,5 km-lik yeraltı tunel açılıb - VİDEO

Bakı. 21 yanvar. REPORT.AZ/ Honkonqun mərkəzində tikintisi 4,6 milyad dollara başa gələn avtomobil tunelinin açılışı olub.

“Report” "South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, tikinti işləri 10 il davam edib.

Yolötürücüsünün uzunluğu 4,5 kilometrdir. Onun böyük hissəsi Honkonq adasının şimal sahili boyunca yerin altından, həmçinin dənizin dibindən keçir. Tuneldə hər istiqamətdə üç hərəkət zolağı var.

Layihənin əsas məqsədi yollardakı sıxlığı azaltmaqdır. KİV-in məlumatına görə, əvvəllər Honkonqa maşınla getmək yarımsaata başa gəlirdisə, indi bu rəqəm 5 dəqiqəyə enib. Yoldan istifadə pulsuzdur.

Bundan əlavə, tuneldə havatəmizləyici sistem var. O, hər saat 5,4 milyon kubmetrə qədər havanı süzgəcdən keçirir və zərərli maddələrin 80 faizini kənarlaşdırır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi