Honkonq sakini aldadılaraq tanımadığı şəxsə ərə verilib

Honkonq sakini aldadılaraq tanımadığı şəxsə ərə verilib Bakı. 29 avqust. REPORT.AZ/ Honkonqda 21 yaşlı qızı aldadaraq tanımadığı çinliyə ərə veriblər.
Maraqlı
29 Avqust , 2018 17:20
Honkonq sakini aldadılaraq tanımadığı şəxsə ərə verilib
IStock

Bakı. 29 avqust. REPORT.AZ/ Honkonqda 21 yaşlı qızı aldadaraq tanımadığı çinliyə ərə veriblər.

Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Toyun təşkilatçıları qızı əmin ediblər ki, o, yalançı toy məclisində gəlin rolunu oynayacaq və bu, toyların təşkili üzrə şirkət tərəfindən hazırlanan treninqdir. Mərasim zamanı o və tanımadığı oğlan nikahın bağlanması haqqında əsl sənədi imzalayıblar.

Ərə verildiyinin həqiqət olduğunu evə qayıdarkən anlayan qadın kömək üçün hüquqşünaslara müraciət edib. Polis dəlil çatışmazlığı səbəbindən ona yardım edə bilməyib və o, bu barədə yerli həmkarlar ittifaqına müraciət edib.

Qeyd edək ki, 21 yaşlı qız bu ilin may ayında toy mərasimlərinin təşkili ilə məşğul olan şirkətdə işə başlayıb. Treninqlərdən bir həftə sonra qız Çində yalançı toy adı altında ərə verilib.

Honkonq polisi hər il Çin və Honkonq vətəndaşları arasında, təxminən, 1 000 saxta nikah qeydə alır. Bu nikahlardan sonra Çin sakinləri Honkonq şəhərinə köçmək arzusunu reallaşdıra bilirlər.

Son xəbərlər

Orphus sistemi