Bakı. 28 fevral. REPORT.AZ/ Hollandiyada onlarla yerli sakin onlara hücum edən bayquşların qurbanı olub.
"Report" xəbər verir ki, onlar sutkanın qaranlıq vaxtları xüsusi fəallıq nümayiş etdirirlər.
Məlumata görə, bayquşların hücumları nəticəsində, bir neçə sakin yüngül xəsarət alıb. Lakin bir kişinin başına həkimlər tikiş atmalı olublar.
Alimlərin fikrincə, bu davranış onunla izah edilir ki, bayquşlar insanlardan asılı vəziyyətdə böyüyüblər və indi onlara qida gözü ilə baxırlar.
Yerli hakimiyyət orqanları bu barədə tədbir görüncə isə, insanlar çətir, kaska və xəz papaqlarla bayquşlardan qorunurlar.