Yuxarı
    Bağlamaq

    Hindistan hökuməti Tac Mahala turist səfərlərinin vaxtını məhdudlaşdırıb

    Bakı. 2 aprel. REPORT.AZ/ Hindistanın ən məşhur ziyarət yerlərindən olan Tac Mahala turistlər gün ərzində yalnız üç saat ərzində gedə biləcəklər.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, hökumət rəsmiləri bu məhdudiyyətin səbəbi kimi Tac Mahala gündə 50 min turistin getməsi halında sıxlıq yaranmasını göstərib.

    Bununla əlaqədar rəsmilər Tac Mahalı ziyarətetmə vaxtını üç saata qədər məhdudlaşdırıb.

    Qeyd edək ki, Tac Mahal Hindistanın şimalında yerləşən, XVII əsrdə Əmir Teymurun nəslindən olan Cahan Şah tərəfindən ön dördüncü uşağının doğumu zamanı ölən həyat yoldaşının şərəfinə tikdirilmiş məqbərə-məsciddir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi