Yuxarı

​Hindistan hökuməti əhaliyə şirlərlə selfi çəkdirməməyi tövsiyə edib

Son vaxtlar üç nəfər yırtıcıların hücumuna məruz qalıb

Bakı. 12 iyun. REPORT.AZ/ Hindistanın qərbində yerləşən Qucarat ştatında Meşə Sahalərinə Nəzarət İdarəsi yerli sakinlərə və turistlərə şirlərlə selfi çəkdirməməyi tövsiyə edib.

"Report" NDTV telekanalına istinadən xəbər verir ki, son vaxtlar yırtıcılar şəkilçəkdirmə mərasimi zamanı üç nəfəri parçalayıblar.

"Mobil qurğu ilə şəkil çəkdirmək üçün şirə yaxın getmək lazımdır ki, bu da təhlükəlidir. Təhlükədən savayı (heyvanlar tərəfindən), bu, həm də qanuna ziddir və hökumət tərəfindən cəza tətbiqi ilə nəticələnə bilər. Biz qanunu elə tamamlamışıq ki, o, son yeniliklərə cavab versin", — deyə idarə nümayəndəsi S.P.Sisodiya bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi