Harrison Ford Cek Londonun romanı əsasında lentə alınan filmə çəkilə bilər

Harrison Ford Cek Londonun romanı əsasında lentə alınan filmə çəkilə bilər Bakı. 18 iyul. REPORT.AZ/ Məşhur Amerika aktyoru Harrison Ford tanınmış yazıçı Cek Londonun Əcdadların harayı adlı romanı əsasında lentə alınan filmə çəkilməsi ilə bağlı danışıqlar aparır.
Maraqlı
18 İyul , 2018 07:40
Harrison Ford Cek Londonun romanı əsasında lentə alınan filmə çəkilə bilər

Bakı. 18 iyul. REPORT.AZ/ Məşhur Amerika aktyoru Harrison Ford tanınmış yazıçı Cek Londonun "Əcdadların harayı" adlı romanı əsasında lentə alınan filmə çəkilməsi ilə bağlı danışıqlar aparır.

"Report" xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb.

Nəşrin xəbərinə görə, əgər aktyorla razılaşma əldə edilsə, Ford qızılaxtaran Con Tornton rolunu oynayacaq. Bildirilir ki, daha əvvəl Tornton obrazını Hollivud aktyoru 1935-ci ildə Klark Qeybl və 1972-ci ildə Çarlton Heston canlandırıb.

Nəşr vurğulayıb ki, Cek Londonun məşhur romanının ekranlaşdırılması bu ilin sentyabrında başlaya bilər. Qeyd edək ki, "Əcdadların harayı" romanı dünyanın bir çox dillərinə tərcümə edilərək populyarlıq qazanıb.

Son xəbərlər

Orphus sistemi