Yuxarı
    Bağlamaq

    Günəş batareyası ilə işləyən təyyarənin pilotu səmada BMT-nin baş katibiylə söhbət edib

    BMT-nin baş katibi bu səyahəti tarixi hadisə adlandırıb

    Bakı. 23 aprel. REPORT.AZ/Günəş batareyası ilə işləyən "Solar Impulse 2" təyyarəsinin pilotu Bertran Pikar uzaq məsafəyə uçuş edə-edə BMT-nin baş katibi Pan Gi Munla söhbət edib. "Report"un məlumatına görə, bu haqda "Assoşieyted Press" xəbər yayılb.

    BMT-nin baş katibi bu səyahəti tarixi hadisə adlandıraraq qeyd edib ki, pilotların yenilikçi ruhu ona ilham verir.

    Danışıqlar təyyarə Sakit okeanın üzərində uçarkən aparılılb.

    "Solar Impulse 2" təyyarəsi uçuş zamanı ancaq günəş enerjisindən istifadə edir. Təyyarə 2015-ci ilin 9 martında Əbu-Dabidən dünya səyahətinə başlayıb. O, artıq Omanda (Maskatda), Hindistanda (Varanasidə), Myanmada (Mandalayda), Çində (Çunçin və Nankində), Yaponiyada (Naqoyada), iyulda isə Havay adalarında olub.

    "Solar Impulse 2" səmada 120 saat qalmaqla ən çox fasiləsiz uçuş keçirməkdə yeni rekord əldə edib. Günəş batareyası ilə işləyən təyyarə sınaqdan 2014-cü ilin martında çıxıb. Onun maksimal sürəti saatda 140 kilometrdir.

    Günəş enerjisi ilə işləyən ilk uçuş aparatı isə sınaqdan 2010-cu ilin aprelində çıxıb

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi