Futbolçunu gender testindən keçirmək üçün soyundurublar

Futbolçunu gender testindən keçirmək üçün soyundurublar Jenovevu Anyonmu sensasion açıqlama verib
Maraqlı
15 Yanvar , 2015 12:21
Futbolçunu gender testindən keçirmək üçün soyundurublar

Bakı. 15 yanvar. REPORT.AZ/ Qadınlardan ibarət Ekvatorial Qvineya millisinin futbolçusu Jenovevu Anyonmunu qadın olduğunu sübuta yetirmək üçün soyunmağa məcbur ediblər. "Report"un məlumatına görə, bu barədə 27 yaşlı hücumçu "BBC Sport"a açıqlama verib.

"Afrika Futbol Konfederasiyanın nümayəndələri və milli komandamızın futbolçuları önündə tamamilə soyundum. Bu, tamamilə alçaldıcıdır" deyə Anyonmu bildirib. 

Konfederasiya rəhbərliyi onun qadın cinsinə mənsubluğuna oyun zamanı güc amilinin fərqlənməsi üzündən şübhə ilə yanaşıb. Futbolçunun sözlərinə görə, ona heç vaxt gender testindən keçməsi təklif olunmayıb.

Qeyd edək ki, Jenovevu Anyonmu 2002-ci ildən Ekvatorial Qvineya yığmasında çıxış edir. O, milli komanda forması ilə çıxdığı 32 oyuna 18 qol vurub. Klub səviyyəsində isə o, Almaniyanın Potsdam şəhərinin "Turbine" komandasında yer alıb. Anyonmu 2011/12 mövsümündə 22 qolla Almaniya çempionatının bombardiri olub. Hücumçu 2012-ci ildə Afrikanın ən yaxşı qadın futbolçusu sayılıb. 

Son xəbərlər

Orphus sistemi