Fransız məmurlar diqqətin don vuran evsizlərə yönəlməsi məqsədilə küçədə gecələyəcəklər

Fransız məmurlar diqqətin don vuran evsizlərə yönəlməsi məqsədilə küçədə gecələyəcəklər Bakı. 27 fevral. REPORT.AZ/ Fransanın paytaxt regionunun, təxminən, 50 məmuru diqqətin don vuran evsizlərə yönəlməsi məqsədilə gecəni küçədə keçirəcək və soyuq havada küçədə yatacaq.
Maraqlı
27 Fevral , 2018 16:06
Fransız məmurlar diqqətin don vuran evsizlərə yönəlməsi məqsədilə küçədə gecələyəcəklər
Ibtimes UK

Bakı. 27 fevral. REPORT.AZ/ Fransanın paytaxt regionunun, təxminən, 50 məmuru diqqətin don vuran evsizlərə yönəlməsi məqsədilə gecəni küçədə keçirəcək və soyuq havada küçədə yatacaq.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu təşəbbüsü Eson departamentinin Etamp kommunasının mer müavini Mama Si "Facebook" səhifəsində irəli sürüb.

"Keçən il sığınacağı olmayan, təxminən, 500 nəfər küçələrdə öldü. 2018-ci ildə yalnız Parisdə ay yarıma 13 nəfər ölüb. Təxminən, 50 məmur fevralın 28-də küçədə, Austerlits dəmir yolu stansiyası yaxınlığında yatacaq", - mer müavini yazıb.

Aksiya təşkilatçılarının fikrincə, Paris küçələrində, təxminən, 5 min evsiz yaşayır.

Qeyd edək ki, fevralın 27-də Fransada qışın ən soyuq günü olub. Son bir neçə gün ərzində azı üç evi olmayan şəxs soyuqdan ölüb.

Son xəbərlər

Orphus sistemi