Fransada qadınlara qarşı ədəbsizliyə görə cərimə tətbiq edilib

Fransada qadınlara qarşı ədəbsizliyə görə cərimə tətbiq edilib Bakı. 3 avqust. REPORT.AZ/ Fransa parlamenti qadınların ünvanına ədəbsizliyə görə cərimənin tətbiqi haqqında qanunu təsdiqləyib.
Maraqlı
3 Avqust , 2018 04:36
Fransada qadınlara qarşı ədəbsizliyə görə cərimə tətbiq edilib

Bakı. 3 avqust. REPORT.AZ/ Fransa parlamenti qadınların ünvanına ədəbsizliyə görə cərimənin tətbiqi haqqında qanunu təsdiqləyib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Europe1" radiostansiyasının efirində ölkənin qadınlar və kişilər arasında bərabərlik məsələləri üzrə dövlət katibi Marlen Şyappa bildirib.

Onun sözlərinə görə, yeni qanuna müvafiq olaraq, küçədə qadınları təngə gətirməyə görə, 90 avrodan 750 avroya qədər cərimə təyin olunacaq. "Əvvəllər küçədə təngə gətirmək cəzasız qalırdı, bu andan hər şey dəyişəcək", - deyə Şyappa bildirib.

Dövlət katibi qeyd edib ki, yeni tədbirlər ötən həftə Parisdə baş vermiş insidentə cavab olaraq həyata keçirilir. Belə ki, paytaxtda gənc qız onun arxasınca fit çalan şəxsdən susmasını istəyib. O isə qızı vurub.  

Son xəbərlər

Orphus sistemi