Yuxarı

​Fransada məktub oğurlayan poçtalyon həbs edilib

O, məktubları rənginə və formasına görə özünə götürür, evinin çardağında saxlayırmış

Bakı. 4 mart. REPORT.AZ/ Fransada poçtalyon 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Report" xəbər verir ki, bu haqda "Agence France-Presse" məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu poçt işçisi 13 min məktub oğurladığı üçün cəzalandırılıb. Fransa məhkəməsi ona 6 ay iş kəsməklə yanaşı, 4 min avro məbləğində də cərimələyib.

Məlumata görə, poçt rəhbərliyi oğurlanan məktubların ünvanlarına çatdırılacağına söz verib. Ən yaşlı məktub isə 2001-ci ilə aiddir.

Poçtalyon məktubları rənginə və formasına görə özünə götürür, evinin çardağında saxlayırmış.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi