Yuxarı

​Fransada əlil uşağın 3D printer texnologiyası ilə əl protezi çap edilib

Uşaq öz yeni əlinin eskizini özü çəkib və super qəhrəmanın əlcəyinə oxşatmaq üçün parlaq rənglər seçib

Bakı. 19 avqust. REPORT.AZ/ Fransada əlsiz doğulan 6 yaşlı Maksans 3D printer texnologiyası ilə hazırlanan əl protezini əldə edib. "Report" TASS-a istinadən xəbər verir ki, uşaq öz "yeni əli"nin eskizini özü çəkib və super qəhrəmanın əlcəyinə oxşatmaq üçün parlaq rənglər seçib.

"e-NABLE" xeyriyyə təşkilatı uşağın arzusunu yerinə yetirməyi öz üzərinə götürüb. Uşağın çəkdiyi şəkilləri əsas götürərək şirkətin mütəxəssisləri onun üçün sadə və ucuz protez modelini yaradıb. Belə ki, bu növ protezlərin orta qiyməti 1000 avro olduğu halda, şirkətin hazırladığı protezin dəyəri 200 avrodan aşağıdır. Süni əlin funksiyaları məhdud olsa da, onun mexanizmi uşağa sadə hərəkətləri icra etməyi imkan verir. Maksans böyüdükcə şirkət onu yeni protezlərlə təmin edilməsini də öz üzərinə götürüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi