​Fransada Adolf Hitlerin kitabı yenidən çap olunacaq

​Fransada Adolf Hitlerin kitabı yenidən çap olunacaq Nəşr 2016-cı il üçün nəzərdə tutulub
Maraqlı
17 Oktyabr , 2015 19:39
​Fransada Adolf Hitlerin kitabı yenidən çap olunacaq

Bakı. 17 oktyabr. REPORT.AZ/ Adolf Hitlerin 1925-ci ildə işıq üzü görən “Mayn kampf” (“Mənim mübarizəm”) kitabı Fransada yenidən çap olunacaq.

“Report” xəbər verir ki, bu barədə “Fayard” Nəşriyyat Evindən məlumat verilib.

Məlumata görə, nəşr hazırda Bavariya hökuməti ilə bağlanmış müəllif hüquqları üzrə müqavilə müddətinin başa çatacağı 2016-cı il üçün nəzərdə tutulub.

Yeni fransız tərcüməsi üzərində məşhur almanşünas Olivye Mannoni işləyib. Nəşriyyatdan kitabın işıq üzü görəcəyi dəqiq tarix açıqlanmasa da, yanvardan gec olmamaq şərti ilə ictimaiyyətə bu barədə məlumat veriləcək.

Son xəbərlər

Orphus sistemi