"Fiat Chrysler" şirkəti 1 milyondan çox avtomobili geri çağırır

"Fiat Chrysler" şirkəti 1 milyondan çox avtomobili geri çağırır Avtomobillərdəki qüsur səbəbindən baş vermiş qəza hadisələrində 41 nəfər xəsarət alıb
Maraqlı
23 Aprel , 2016 05:37
Fiat Chrysler şirkəti 1 milyondan çox avtomobili geri çağırır

Bakı. 23aprel. REPORT.AZ/ "Fiat Chrysler" şirkətinin istehsalı olan bir sıra avtomobillərdə qüsur aşkarlanıb. "Report" xəbər verir ki, şirkətin bununla bağlı yaydığı məlumatda qüsur səbəbindən “park” rejimində olan avtomobilin hərəkətini davam etdirə biləcəyi qeyd olunub. 

Məlumata görə, həmin səbəbdən baş vermiş qəza hadisələrində 41 nəfər xəsarət alıb.

Aksiya İtaliya və ABŞ-ın müştərək şirkətinin 2012-2014-cü illərdə buraxdığı "Dodge Charger" və "Chrysler 300", həmçinin 2014-2015-ci illərdə istehsal olunmuş "Grand Cherokee" avtomobillərinə aiddir. Avtomobillərin 811 mini ABŞ, 52 mini Kanada, 17 mini Meksika, 250 mini isə Şimali Amerikadan kənar bazarlardan geri çağırılır.

Son xəbərlər

Orphus sistemi