Yuxarı

“Facebook” kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün sosial şəbəkə istifadəyə verib

Real vaxt rejimində təhlükələrin kataloqlaşdırılmasını sadələşdirmək üçün istifadə olunan sistem əsasında hazırlanıb

Bakı. 12 fevral. REPORT.AZ/ “Facebook” kibertəhlükəsizlik sahəsində çalışan peşəkarlar üçün “ThreatExchange” sosial şəbəkəsini istifadəyə verib.

"Report" "Gazeta.ru" saytına istinadən məlumat verir ki, şəbəkə istifadəçilərin kiberhücumlara səbəb ola biləcək təhlükələr haqqında məlumatları bölüşmələri üçün təklif olunan platformadır.

Şirkət nümayəndəsi Mark Hemmel bildirib ki, "ThreatExchange" platforması şirkət daxilində real vaxt rejimində təhlükələrin kataloqlaşdırılmasını sadələşdirmək üçün istifadə olunan sistem əsasında hazırlanıb.

"Facebook" “Yahoo” və “Pinterest” kimi bir çox texnologiya şirkəti ilə əməkdaşlıq edərək, bu sahədə fəaliyyətini gücləndirir.

Qeyd edək ki, yeni layihənin istifadəyə verilməsi "Facebook"un öz fəaliyyətini genişləndirməyə çalışdığı bir dövrə təsadüf edir. Şirkət bundan əvvəl peşəkarlar üçün “Facebook at Work” proqramı və saytını hazırlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi