“Əşyaların interneti” bazarının həcmi 2020-ci ilədək 1,7 trilyon dollara çatacaq

“Əşyaların interneti” bazarının həcmi 2020-ci ilədək 1,7 trilyon dollara çatacaq Tədqiqatçıların proqnozuna əsasən, “Əşyaların interneti” bazarının illik artımı 16,9 faiz təşkil edəcək
Maraqlı
6 İyun , 2015 23:33
“Əşyaların interneti” bazarının həcmi 2020-ci ilədək 1,7 trilyon dollara çatacaq

Bakı. 6 İyun. REPORT.AZ/ “IDC” tədqiqat agentliyinin məlumatına görə, internetə qoşulmuş ağıllı ev sistemləri bazarının həcmi 2020-ci ilədək üç dəfə artaraq 1,7 trilyon dollar təşkil edəcək.

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, tədqiqatçıların proqnozuna əsasən, “Əşyaların interneti” bazarının illik artımı 16,9 faiz təşkil edəcək. 2014-cü ildə bazarın həcmi 655,8 milyard dollar olub.

“Samsung” şirkətinin ev sistemlərinin idarə olunması texnologiyalarını hazırlayan “SmartThings” şirkətini 200 milyon dollara satın alması faktı “Əşyaların interneti” bazarının inkişaf perspektivlərindən danışmağa imkan verir.

Son xəbərlər

Orphus sistemi