Yuxarı

Emmanuel Makron prezident pensiyasından imtina edib

​Emmanuel Makron prezident pensiyasından imtina edib

Fransa prezidenti Emmanuel Makron ona ölkə başçısı vəzifəsinin müddəti bitdikdən sonra dövlət tərəfindən ayrılan pensiyadan imtina edib.

"Report"un məlumatına görə, bu barədə Yelisey Sarayındakı mənbəyə istinadən "Parisien" bildirib.

Qeyd edilir ki, Makron prezident postunda birinci müddətin tamamlanmasından sonra müəyyən edilmiş ödənişlərdən, həmçinin ikinci müddətə yenidən seçilmə vaxtı Fransa liderinə nəzərdə tutulan  məbləğdən imtina etmək barədə qərar qəbul edib.

Bundan başqa, Fransanın dövlət başçısı Konstitusiya Şurasında qanunla ona düşən ömürlük postdan da imtina edib.

Makronun qərarı dövlət başçısının "ölkədəki vəziyyətə uyğun olaraq hərəkət etmək" arzusu ilə izah olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi