Yuxarı

​Edam olunmuş qaradərili yeniyetmə 70 ildən sonra bəraət alıb

O, 1944-cü ildə  7 və 11 yaşlarında iki qızı öldürməkdə ittiham olunub

Bakı. 18 dekabr. REPORT.AZ/ ABŞ-da 14 yaşı olanda iki ağdərili qızı öldürdüyü üçün edam edilən qaradərili Georgi Stinney 70 ildən sonra bəraət alıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, o, 1944-cü ildə 7 və 11 yaşlarında iki qızı öldürməkdə ittiham olunaraq, barəsində ölüm hökmü çıxarılıb. Şahidlərin ifadəsi əsasında çıxarılan hökm icra edilib.

Həmin məhkəmə prosesi bir gün çəkib. Məhkəmənin qərarını araşdıran hakim Karmen Mullen 1944-cü ildə çıxarılan hökmün ədalətsiz, Stinneyin günahsız olduğunu təsdiqləyib.

Hakim şahidlərin, o cümlədən Georgi Stinneyin bacı və qardaşlarının ifadələrini araşdırdıqdan sonra yeniyetmə müttəhimin günahsız olduğu qərarına gəlib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi