Dünyanın ilk eko-məscidi Omanda açılacaq

Dünyanın ilk eko-məscidi Omanda açılacaq Hazırda məscidin damında günəş panelləri quraşdırılır
Maraqlı
10 Yanvar , 2017 16:21
Dünyanın ilk eko-məscidi Omanda açılacaq

Bakı. 10 yanvar. REPORT.AZ/ Dünyanın tamamilə "yaşıl enerji" ilə işləyəcək ilk məscidi tezliklə Omanda tikiləcək.

Bu barədə "Report" RİA "Novosti"yə istinadən xəbər verir.

"Layihənin yaradılması üzrə işlərin 90%-ni başa çatıb. Hazırda məscidin damında günəş panellərinin quraşdırılması üzrə işlər aparılır", - layihənin baş memarı Badra Əl-Hadabi bildirib.

Onun sözlərinə görə, məsciddə eyni anda 50 nəfər ibadət edəcək. Memar tikilinin ölçüsünün belə kiçik olmasını məkanın sərinləşdirmə sistemi üçün həddindən çox enerji tələb olunması ilə izah edib.

B.Əl-Hadabi bildirib ki, ölkədə istehlak edilən enerjinin böyük hissəsi sərinləşdirmə sistemi üçün istifadə olunur.  O, layihənin bütün sultanlıqda tikinti sənayesi üçün model olacağına əminliyini söyləyib.

Son xəbərlər

Orphus sistemi