Yuxarı

​Dünyanı ölümcül radiasiyadan qoruyan sahə kəşf olunub

Yeni kəşf olunan bu qat dünyanı ölümcül təsirli radiasiyadan qalxan kimi qoruyan gözə görünməz bir quruluşa malikdir

Bakı. 28 noyabr. REPORT.AZ/ Dünyanı öldürücü radiasiyadan qoruyan gözə görünməz qoruyucu sahə kəşf olunub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Kolorado Bulder Universitetinin alimləri tərəfindən dünyanı radioaktiv təsirli "qatil elektronlardan" qoruyan qoruyucu sahə kəşf edilib.

Onlar qeyd ediblər ki, yeni kəşf olunan bu qat dünyanı ölümcül təsirli radiasiyadan qalxan kimi qoruyan gözə görünməz bir quruluşa malikdir.

Araşdırma nəticəsində məlum olub ki, bu sahə "qatil elektronlar"ı sanki bir anbar kimi toplayır və keçidinin qarşısını alır.

Bu kəşf, "qatil elektronlar"ın maqnit sahələri və ya radio siqnalları tərəfindən tutulduğu tezisinin yanlış olduğunu sübut edib. Elm adamları tərəfindən bu qoruyucu qurşağın necə əmələ gəldiyinin bilinmədiyi ifadə edilib. Qeyd edilib ki, bu qurşağın yaranışı hələ ki, bir fenomendir.

Bu qoruyucu sahə dünyadan 11 min kilometr uzaqda yerləşir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi