Yuxarı

Dünya ölkələrinin bayraqlarında ən çox qırmızı rəngdən istifadə edildiyi məlum olub

TİME jurnalının son sayında dünya ölkələrinin bayraqlarının analizi verilib

Bakı. 2 dekabr. REPORT.AZ/ "TİME" jurnalının son sayında dünya ölkələrinin bayraqlarının analizi verilib. "Report" xarici mətbuata istinadən xəbər verir ki, analizin nəticəsi dünya bayraqlarında ən çox istifadə edilən rəngin qırmızı olduğunu ortaya çıxarıb. 

Belə ki, dünya ölkələrinin bayraqlarında qırmızı rəngdən istifadə 31 faiz təşkil edir. Ən çox istifadə edilən ikinci rəng isə mavi rəng (21 faiz) olub. 

Ağ rəng dünya bayraqlarının 18 faizində var (ağ saflığı, azadlığı və birliyi təmsil edir). Yaşıl rəngin dünya ölkələrinin bayraqlarında iştirak payı isə 15 faiz təşkil edir (yaşıl dünyanı və müsəlman inancını təmsil edir). 

Günəş və qumu təmsil edən sarı rəng ən çox ada ölkələrinin bayraqlarında öz əksini tapır. Belə ki, dünya ölkələrinin bayraqlarının 10 faizini sarı rəng təşkil edir. 

Qara rəngin dünya ölkələrinin bayraqlarında iştirak payı cəmi 5 faizdir (qara düşmənləri məğlub etməyi təmsil edir). 

Eyni zamanda çox maraqlı naxışlı bayraqlara sahib ölkələr də siyahıda özünəməxsus yer tutub. Məsələn, Mozambik, Nepal, Şimali Qafqaz Əmirlikləri, Sicilya, Antarktida, Bermuda və s.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi